“Xaricdən gələn məhsulların çəkisi azaldılmalıdır” - Prezidentin köməkçisi
"Burada hər bir maddə, hər bir tədbir üzərində ciddi iş görülür, hesablamalar aparılır, irəli sürülən təkliflərin mahiyyəti tam dolğun öyrənilir".
Z.Nağdəliyev xaricdən idxal olunan məhsulların azaldılması ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, xətt elə götürülüb ki, xaricdən alınan məhsulların çəkisi azalsın:
“Ona görə də ölkəmizdə aqroparkların, iri kənd təsərrüfatı müəssisələrinin yaradılması bu məqsədə xidmət edir. Xaricdən gələn məhsulların ümumi çəkisi yerli istehsal hesabına azaldılmalıdır. Bəzi məhsullarda bu hal artıq nəzərə çarpacaq dərəcədə baş verib”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Zeynal-Nağdəliyev