Eldar Əzizovdan mer seçkiləri barədə təklifə münasibət

Eldar Əzizovdan mer seçkiləri barədə təklifə münasibət
  02 Mart 2019    Oxunub:3040
"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat qanunvericiliklə tənzimlənir və bu məsələ İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil".

Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt və digər böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
"Konstitusiyaya əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hərəsinin öz üstünlüyü var. Hər iki institutun zəif yerləri də var. Hesab edirəm ki, hazırkı struktur daha səmərəli işləyir. Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar", - deyə E.Əzizov vurğulayıb.

Azvision.az



Teqlər: BŞİH  





Xəbər lenti