Mehman Hüseynov azadlığa buraxıldı

 Mehman Hüseynov azadlığa buraxıldı
  02 Mart 2019    Oxunub:5585
Bloger Mehman Hüseynov azadlığa buraxılıb.

Azvision.az -ın məlumatına görə, bu gün M.Hüseynovun cəza müddəti başa çatıb. O, 14 saylı Cəzaçəkmə Müəssisəsindən sərbəst buraxılıb.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bloger Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunurdu.

Azvision.az


Teqlər: Mehman-Hüseynov  





Xəbər lenti