Məmmədyarov Taha Ayhan ilə görüşüb

Məmmədyarov Taha Ayhan ilə görüşüb
  03 Mart 2019    Oxunub:3655
Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən Azvision.az -a məlumata əsasən, forumun fəaliyyəti haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırıb.

Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, Forumun Avrasiya Regional Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycanın Gənclər və İdman Nazirlər Şurasına sədrliyi çərçivəsində İslam ölkələri arasında gənclər və idman fəaliyyəti ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədini daşıyan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarları şəbəkəsinə ev sahibliyi edəcəyi bildirilib.

Xarici işlər naziri İslam Konfransı Təşkilatının Gənclər Forumunun üzvləri tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi ilə bağlı nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndirib. Daha sonra, nazir Elmar Məmmədyarov Forumun prezidenti Taha Ayhanı Azərbaycana dəvət edib.

Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti