Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib

   Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib
  03 Mart 2019    Oxunub:3784
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Səfir  





Xəbər lenti