3 mart “Ümumdünya Vəhşi Təbiət Günü”dür
Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il diqqəti dünya okeanında yaşayan canlıların mühafizəsinə yönəltmək məqsədilə “Sualtı həyat: insanlar və planetlər" başlığı altında keçirilir.
Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır. Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.
Azvision.az
Teqlər: ETSN