Azərbaycanın yeraltı su mənbələri müəyyənləşdirilir
“Bu, az göstərici deyil. Yəni bu gün istehlak etdiyimiz qədər yeraltı su ehtiyatımız var. Bu su ehtiyatları gələcəkdə bizim üçün yerüstü su ehtiyatlarının çatışmazlığı ilə bağlı çətinlik yarandığı təqdirdə, ondan istifadə etməyə imkan yaradır. Çünki, bizim yeraltı sularımız təmiz və istifadə üçün tam yararlıdır”.
M. Əbdülhəsənov əlavə edib ki, bu gün yeraltı su ehtiyatının az hissəsi istifadə edilir: "Bakının içməli su ilə təminatı üçün Ceyranbatan Su Anbarının suyundan, Şollar, Oğuz-Qəbələ, Kür su kəmərlərindən gələn sudan istifadə edilir. Hazırda ölkəmizdə bir çox şəhərlərin su təchizatında yeraltı su ehtiyatlarından istifadə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tərəfindən davamlı şəkildə yeraltı su mənbələrinin axtarışı istiqamətində tədbirlər həyata keçirilir və mənbələr müəyyənləşdirilir. Yerüstü su mənbələrinin olmadığı ərazilərdə, yeraltı su mənbəyinin müəyyənləşdirilməsi üçün geoloji kəşfiyyat işləri aparılır. Suyun keyfiyyətinin sanitar normalara cavab verdiyi ərazilərdə yeraltı su mənbələrindən içməli su kimi istifadəyə icazə verilir. Araz və Kür çaylarının suyu qonşu ölkələrin ərazisindən çirkələnərək ölkəmizə daxil olur. Ona görə də həmin sudan içməli su kimi istifadədə çətinliklər yaranır və suyun normalara uyğun təmizlənməsi üçün əlavə vəsait tələb olunur. Bununla bağlı həmin ərazilərdə yerləşən bir sıra yaşayış məntəqələrinin su təchizatı yeraltı sular hesabına təmin edilir".
M.Əbdülhəsənov qeyd edib ki, Kür çayında artıq bulanıqlıq ilboyu müşahidə edilir. Bununla bağlı çaydan istifadə üçün götürülən suyun təmizlənməsi üçün sutəmizləyici qurğuların quraşdırılması tələb olunur.
Aytən Zəhra
Azvision.az