“Əli Kərimli xalqın qınaq hədəfinə çevrilib” - Deputat

    “Əli Kərimli xalqın qınaq hədəfinə çevrilib” -    Deputat
  04 Mart 2019    Oxunub:2061
"Azərbaycanda bütün iqtisadi və sosial təşəbbüslər dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilir. Əgər biz Prezident İlham Əliyevin gördüyü işləri öz adına çıxmaq istəyən Əli Kərimlinin iqtidarda olduğu dövrə nəzər salsaq görərik ki, hətta 1992-ci ildə növbəti ilin dövlət büdcəsi təsdiq olunmadı. Çünki dövlətin büdcəsi boş idi, gəliri yox idi. Əgər Əli Kərimli belə bacarıq sahibidirsə, o zaman niyə ölkəni iqtisadi böhrandan çıxara bilmədilər?"
Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Sadıqov səsləndirib. Deputat bildirib ki, bu cür boş-boş iddialarla çıxış etmək dağıdıcı müxalifətin köhnə vərdişidir.

"İkincisi isə mən təəccüblənirəm ki, nə əcəb indiyədək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, “Cənub qaz dəhlizi”ni, ordumuzun dünyanın 50 güclü ordu sırasında yer almasını, qaçqın şəhərciklərinin tikilməsini, 3 peykimizin orbitə göndərilməsini, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini Əli Kərimli öz adına çıxmayıb?! Nə əcəb, demir ki, biz bu məsələləri qaldırdıq sonra İlham Əliyev etdi. Bəlkə Ələt azad iqtisadi zonasının yaradılması təklifini də Əli Kərimli verib? Bütün bunları Azərbaycan hakimiyyəti edəndə, Prezident İlham Əliyev bu inkişafı təmin edən dövlət proqramlarını təsdiqləyəndə, Azərbaycanı kosmik dövlətə çevirəndə, qlobal enerji və nəqliyyat layihələrinə başlayanda Əli Kərimli hardaydı? Əlbəttə, qrant axtarışında!

Əli Kərimli onsuz da bu cür gülməli iddiaları ilə xalqın qınaq hədəfinə çevrilib. Xalq bu müxalifətin dabbaqda gönünə bələddir. Birillik yarıtmaz iqtidarları ilə xalqa və dövlətə vurduqları yaraları insanlar heç vaxt onlara bağışlamayacaqdır!", - B.Sadıqov vurğulayıb.

Azvision.az



Teqlər: Deputat  





Xəbər lenti