İran səfirliyi Tehrandakı erməni təxribatını pislədi

İran səfirliyi Tehrandakı erməni təxribatını pislədi
  04 Mart 2019    Oxunub:2187
“İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin Ararat klubunda baş tutmuş özəl görüşünə müdaxilə etməmiş, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları özbaşına atılmış, qəbuledilməz addım kimi qiymətləndirir və bunu pisləyir”.
AzVision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu siyasətini dəyişməyəcək: "Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İran   Səfirlik  





Xəbər lenti