Nərimanov rayonunda su olmayacaq

  05 Mart 2019    Oxunub : 712
Nərimanov rayonunda su olmayacaq
Martın 5-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, məhdudiyyətlər Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsində su təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az

Teqlər: Azərsu