“Qarabağdakı xarici şirkətlərlə bağlı müraciət edəcəyik” - XİN rəhbəri
Nazir vurğulayıb ki, etnik təmizləməyə məruz qalan azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar: "İşğal olunmuş ərazilərdə xarici ölkələrə məxsus şirkətlərin fəaliyyəti qəbulolunmazdır. Bunu Cenevredə olarkən orada qaldırdım. Bildirdim ki, bu münaqişənin həllinə töhfə verməyən məsələdir. Əksinə əngəllər yaradır. Biz bu xarici şirkətlərlə bağlı onların məxsus olduğu ölkələrə müraciət edəcəyik. Çünki burada məsuliyyət həmin ölkələrin üzərinə düşür. Onlar imkan verməməlidir ki, həmin şirkətlər beynəlxalq qanunları pozsunlar".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: XİN Məmmədyarov