Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”

   Komitə sədri:   “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”
  05 Mart 2019    Oxunub:2805
"Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir. Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib".
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dinlərarası və sivilizasiyalararası diaqlodan əməkdaşlığa doğru" adlı tədbirdə çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, Azərbaycan mədəniyyətlər, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır: "Bakı şəhəri bu müzakirələrdə mərkəzi şəhər kimi çıxış edir. Bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-si xristian dini icmlardır, yəni qeyri-müsəlman dini icmalardır. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, yerdə qalan 4 faiz müxtəlif dini konfensiyaları özündə əks etdirir və onların Azərbaycanda hərtərəfli fəaliyyəti üçün hər şərait yaradılıb".

M.Qurbanlı qeyd edib ki, Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir.

"Azərbaycan müxtəlif dinlərin sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızın xarakterində, tarixində öz əksini tapıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Mübariz-Qurbanlı  





Xəbər lenti