“Erməni həmkarıma həmişə sual edirəm ki... ” - Məmmədyarov

   “Erməni həmkarıma həmişə sual edirəm ki... ” -    Məmmədyarov
  05 Mart 2019    Oxunub:1973
"Ermənistanlı həmkarıma həmişə sual edirəm ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində sıravi, sadə erməni vətəndaşı nə əldə edib?"

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Onlar heç nə əldə etməyiblər. Həyat səviyyələri yüksəlibmi? Yox. Əksinə daha da ağır vəziyyətdə yaşayırlar. Bu, həm də Ermənistanın siyasi rəhbərliyə göndərilən ismarıcdır", - deyə E.Məmmədyarov vurğulayıb.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti