Azərbaycandan Rusiyaya gedən mikroavtobus qəzaya düşdü: 6 ölü, 5 yaralı (VİDEO)

   Azərbaycandan Rusiyaya gedən mikroavtobus qəzaya düşdü:   6 ölü, 5 yaralı (VİDEO)
  06 Mart 2019    Oxunub:5038
Azərbaycandan Moskvaya özəl reys həyata keçirən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğrayıb.

Azvision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, "Mercedes" markalı mikroavtobus qarşı yola çıxan "QAZ-66" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.



İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Qəza  





Xəbər lenti