Qaradağın bəzi yerlərində su olmayacaq

Qaradağın bəzi yerlərində su olmayacaq
  06 Mart 2019    Oxunub:1459
Kür-Bakı magistral su kəmərində qəza baş verib.
Bu barədə Azvision.az -a açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az



Teqlər: Azərsu  





Xəbər lenti