Xəstəxanaların akkreditasiyadan keçirilməsi təklif olundu

Xəstəxanaların akkreditasiyadan keçirilməsi təklif olundu
  15 Mart 2019    Oxunub:2778
“Xəstəxanaların keyfiyyət standartları üzrə akkreditasiyadan keçirilməlisini, eləcə də xəstəxanalarda tibbi xidmətlərin göstərilməsi üzrə standartların hazırlanmasını təklif edirəm”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Rəşad Mahmudov deyib.

Deputat qeyd edib ki, ixtisaslaşmış tibbi yardım və müalicə standartlarının hazırlanması vacibdir: “Həkimlərin və orta tibb personalının akkreditasiya qaydalarının hazırlanması, ailə həkimi haqqında qanunun funksionallığının təmin edilməsi və peşəkar tibb cəmiyyətlərinin səlahiyyətləri ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələrin edilməsi yaxşı olardı”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Deputat   Milli-Məclis  





Xəbər lenti