"Qorxudan qaçıb gizlənən adamlar..." - Deputatdan sərt çıxış

 "Qorxudan qaçıb gizlənən adamlar..." -    Deputatdan sərt çıxış
  15 Mart 2019    Oxunub:2267
“Təəssüflər olsun ki, Azərbaycanı gözügötürməyən, sabitliyi pozmağa çalışan qüvvələr var. Ancaq xalq özbaşnalığın, qanunsuz mitinqlərin, yalançı vədlərin, özündənrazı fərasətsiz siyasətçilərin ölkənin, insanların başına hansı oyunları açdıqlarını, bəlalar gətirdiklərini görüb. Görməyənlər eşidib, eşitməyənlər bu barədə oxuyublar. Ona görə də hay-küylə, yalan vədlərlə, zorla, güclə hakimiyyətə gələn və bir balaca hay-küy olan kimi qorxudan qaçıb gizlənən adamları görən Azərbaycan vətəndaşı belə insanların yanında ola bilməz və olmağı heç vaxt arzulamaz”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Rzayev deyib. Deputat bildirib ki, söyüş, təhqir, şantaj Azərbaycan xalqının əxlaqına ziddir:

“Xalqın ziyalılarını, ağsaqqalarını, ağbirçəklərini, tanınmış şəxsiyyətlərini tənqid və təhqir obyektinə çevirən kölə, məzlum, yaltaq adlandıranların məqsədi yaxşı məlumdur. Məgər tikilən minlərlə məktəblər, sənaye, ticarət, emal, tibb müəssisələri, çəkilən yollar, salınan körpülər, ucaldılan saysız-hesabsız binalar, açılan iş yerləri, sahibkarlara, aqrar sahənin inkişafına diqqət, insanlara qayğı, mühüm sosial layihələr bu xalqa xidmətin nümunəsi deyilmi? Bunu görməmək və hər şeyə qara yaxmaq xalqa, dövlətə hörmətsizlikdir və bu yolverilməzdir”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Ziyalı   Deputat  





Xəbər lenti