“Tövsiyə və təkliflərin nə qədər əhəmiyyətli olduğunu bilirəm” - Baş Nazir

“Tövsiyə və təkliflərin nə qədər əhəmiyyətli olduğunu bilirəm” -   Baş Nazir
  15 Mart 2019    Oxunub:2750
“Bütün tövsiyə və təkliflərin, iradların nə qədər əhəmiyyətli olduğunu bilirəm. Bunu nəzərə alaraq müzakirələr aparılamısını düşünürəm”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsində yekun çıxışını edən Baş nazir Novruz Məmmədov bildirib.

Baş nazir deyib: “Bunu bilin ki, bəzi məslələrlə bağlı artıq işlər gedir. Amma mən söz vermirəm ki, qaldırılan məsələlərin hamısı həll olunacaq. Bununla belə sizə təşəkkürüm bildirirəm və qeyd etmək istəyirəm ki, Azərbaycanda gedən proseslərdə Milli Məclisin böyük rolu var”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:





Xəbər lenti