Riqa-Bakı aviareysi açılır

   Riqa-Bakı aviareysi açılır
  16 Mart 2019    Oxunub:1775
Latviyanın “AirBaltic” aviaşirkəti Riqa-Bakı birbaşa reyslərini işə salacaq.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin aviasiya bazarındakı mənbə məlumat verib.

Qeyd olunur ki, reyslərin yerinə yetirilməsinə bu il mayın 2-dən başlanacaq. Bu marşrut mövsümi xarakter daşıyacaq və dekabr ayınadək davam edəcək.

Hər iki istiqamətdə biletlərin minimal qiyməti 137 avro təşkil edir.

Azvision.az



Teqlər: Bakı   Riqa  





Xəbər lenti