Abdulbari Gözəl:“Hazırda gəlirlərimiz azalıb”

Abdulbari Gözəl:“Hazırda gəlirlərimiz azalıb”
  16 Mart 2019    Oxunub:3837
"Azərsu" Holdinqin Müşahidə Şurasının sədri Abdulbari Gözəl "Qarabağ" futbol klubuna ayrılan maliyyə vəsaitinin azaldılacağı barədə iddialara münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, A.Gözəl holdinqin gəlirlərinin azalmasına baxmayaraq, kluba dəstək göstərəcəklərini vurğulayıb.

O, bildirib ki, "Qarabağ"a hər zaman dəstək olacaqlar: ""Qarabağ" milli məsələdir. Hazırda gəlirlərimiz azalıb. Amma əlimizdən gələn qədər kluba dəstək olacağıq. Biz Qurban Qurbanovdan vaz keçmədik. Sağlam, dürüst adamdır. Səlahiyyəti davam edəcək. 5 ildir çempionuq. Qismət olarsa, bu il də çempion olarıq".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: QarabağFK  





Xəbər lenti