İlin sonunadək 3700 köçkün ailəsi yeni evlərə köçürüləcək
Komitə sədri "Report"a müsahibəsində bildirib ki, ilin sonuna qədər Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köçkünlərin də yeni mənzilərə köçürülməsi davam edəcək. İlin sonuna qədər 3700 məcburi köçkün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köçürülməsi nəzərdə tutulub.
İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.
Komitə sədri həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.
R.Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və 27 ailənin köçürüləcəyini qeyd edib.
Azvision.az
Teqlər: Rövşən-Rzayev