Əfv sərəncamının icrası davam edir - FOTOLAR

  17 Mart 2019    Oxunub : 1650
 Əfv sərəncamının icrası davam edir - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı bir sıra cəzaçəkmə müəssisələrində icra olunub.

Azvision.az -ın məlumatına görə, 10 saylı cəzaçəkmə müəssisəsindən 34 nəfər, 1 saylıdan 8 nəfər, 15 saylıdan 4, 11 saylıdan isə 8 nəfər azadlığa buraxılıb.
Hazırda digər cəzaçəkmə müəssisələrində əfv sərəncamının icrası davam edir.

Qeyd edək ki, sərəncam ölkə üzrə ümumilikdə 431 nəfərə şamil olunub.



















Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Əfv   Sərəncam