“Nardaran işi”nə görə həbs edilənlər azadlıqda - FOTO

   “Nardaran işi”nə görə həbs edilənlər azadlıqda -  FOTO
  17 Mart 2019    Oxunub:3670
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.
Azvision.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12,3 il müddətinə azadlıqdan məhrum edilmiş 1955-ci il təvəllüdlü Hüseynov Əli Ümmət oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ramil Zabil oğluna arayışlar təqdim olunub və onlar azadlığa çıxıblar.

Qeyd edək ki, onların hər ikisi 2015-ci ildə həbs olunmuşdu.



Anar Kəlbiyev
Azvision.az



Teqlər: Əfv   Sərəncam  





Xəbər lenti