Məmmədyarov Latın Amerikası ölkələrinə səfərə gedib

Məmmədyarov Latın Amerikası ölkələrinə səfərə gedib
  17 Mart 2019    Oxunub:1639
Xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə yola düşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikası, Argentina Respublikası, Uruqvay Şərq Respublikası və Paraqvay Respublikasına rəsmi səfərə yola düşdü. Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Aires şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti