“Azərbaycanda bütün müxalifət liderləri diktatordur” - Qiyas İbrahimov

  17 Mart 2019    Oxunub : 25785
 “Azərbaycanda bütün müxalifət liderləri diktatordur” - Qiyas İbrahimov
Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılan NİDA hərəkatının fəalı Qiyas İbrahimov "siyasi məhbus"ların bir hissəsinin azad edilməsinin Azərbaycanda siyasi dəyişikliklərin başlanğıcı olduğuna ümid etdiyini bildirib.
Azvision.az -ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Qiyas İbrahimov KİV-ə bildirib ki, müxalif liderlərdən heç bir şey gözləməyə dəyməz, çünki onlar potensial diktatorlardır.

Sərbəst buraxılan fəal onu da vurğulayıb ki, özünü müxalifətin liderlərindən hesab etmir və özündə liderlik potensialı görmür.

Azvision.az

Teqlər: Qiyas-İbrahimov