Bakıdakı avtobus qəzasının təfərrüatları məlum oldu

  19 Mart 2019    Oxunub : 1713
 Bakıdakı avtobus qəzasının təfərrüatları məlum oldu
Bakıda sərnişin avtobusunun iştirakilə baş verən zəncirvari qəzanın təfərrüatları məlum olub.
Hadisə şahidləri Azvision.az -a bildiriblər ki, qəzaya 40 nömrəli sərnişin avtobusu səbəb olub. Belə ki, yüksək sürətlə hərəkətdə olan avtobus "VAZ 21 07" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində ümumilikdə 4 avtomobilə ziyan dəyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə "Ramal" Ticarət Mərkəzinin qarşısındakı yolda qeydə alınıb.



Şahin Sərdarov
Azvision.az

Teqlər: Qəza