Yanğından zərər çəkənlərə dövlət yardım edəcək - VİDEO

  28 Mart 2019    Oxunub : 5291
Yanğından zərər çəkənlərə dövlət yardım edəcək - VİDEO
"Diqlas" Ticarət Mərkəzində baş verən yanğından zərərçəkənlərə dövlət yardımı ödəniləcək.
Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov yanğından zərərçəkən sahibkarlarla görüşündə deyib.

PA rəsmisi bildirib ki, Prezidentin tapşırığı ilə hər bir kəsə dəymiş ziyan dövlət tərəfindən ödəniləcək.



Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.

Azvision.az

Teqlər: PA   Hüseyn-Mövsümov