Britaniyanın kəşfiyyat rəhbərinin oğlu ölüb - Foto

  02 Aprel 2019    Oxunub : 893
Britaniyanın kəşfiyyat rəhbərinin oğlu ölüb - Foto
Böyük Britaniyanın “MI6” Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleks Yanqerin oğlu Sem Yanqer avtomobil qəzası nəticəsində həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Şotlandiya polisi məlumat yayıb.

“Təsdiq edirik ki, Edinburq Universitetinin 22 yaşlı tələbəsi Sem Yanqer Sterlinqşerdəki özəl məkan ərazisində sərnişin avtomobilinin iştirakı ilə baş verən qəza nəticəsində dünyasını dəyişib” – məlumatda vurğulanıb.

Qeyd olunur ki, qəzanın səbəblərinin aydınlaşdırılması üçün polis hazırda istintaqı davam etdirir. Hələlik isə, insidentlə bağlı hansısa şübhəli vəziyyət aşkar olunmayıb.

Xatırladaq ki, Aleks Yanqer 2014-cü ildən “MI6”ya rəhbərlik edir. O, artıq 20 ilə yaxındır ki Britaniyanın Xarici Kəşfiyyat Xidmətində işləyir. Həlak olan Sem onun 3 övladından biri idi.




Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Şotlandiya   Britaniya   Kəşfiyyat   Mİ6