Tarix İnstitutunda struktur dəyişikliyi aparılıb

  04 Aprel 2019    Oxunub : 962
 Tarix İnstitutunda struktur dəyişikliyi aparılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb.

Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı “Azsaylı xalqların tarixi”dir və “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin isə adı dəyişdirilərək “Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi” şöbəsi adlandırılıb.

Bildirilib ki, müəllifi Azərbaycan Prezidenti olan multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, “Azsaylı xalqların tarixi” şöbəsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası və Prezident İlham Əliyevin multikulturalizm siyasətinə uyğun olaraq yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Azvision.az

Teqlər: Tarixİnstitutu