Hacıqabulda 2 maşın toqquşub - 3 nəfər yaralanıb

  13 Aprel 2019    Oxunub : 852
Hacıqabulda 2 maşın toqquşub - 3 nəfər yaralanıb
Bakı-Qazax magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, qəza magistralın Hacıqabul rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes” və “Opel” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində Bərdə rayon sakinləri Mustafayev Tural Oqtay oğlu, Tanrıverdi Elxan Talıboğlu və Yevlax rayon sakini Mirzəyev Aslan Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza