Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

  16 Aprel 2019    Oxunub : 718
 Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var
Cari ilin yanvar–mart aylarında Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 388, 974 milyon ABŞ dollar təşkil edib. Borcun 5 milyard 222, 384 milyon dolları hökumətin payına düşür.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Belə ki, bu ilin aprelin 1-nə olan rəsmi statistikaya əsasən, Gürcüstanın Azərbaycana borcu 7 milyon 435 min dollar təşkil edib.

Gürcüstanın ən çox borcu (320 milyon 233 min dollar) Almaniyayadır. İkinci yerdə 248 milyon 481 min dollarla Fransa, üçüncü yerdə isə 212 milyon 609 min dollarla Yaponiya qərarlaşıb.

Azvision.az

Teqlər: Gürcüstanın   Azərbaycan   Borc