F2-də zəncirvari qəzalar, 7 pilot yarışı tərk etdi - Yenilənib

  28 Aprel 2019    Oxunub : 1680
 F2-də zəncirvari qəzalar, 7 pilot yarışı tərk etdi - Yenilənib
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışda daha bir zəncirvari qəza olub.
Azvision.az xəbər verir ki, pilotlar Nikita Mazepin (ART Grand Prix), Cordan Kinq (Motorsport) və Luka Qiotto (UNI-Virtuosi) dönmə zamanı bolidləri səkiyə çırpılıblar. Hər üç pilot mübarizəni yarımçıq dayandırıb.

***
13:41


Formula 2 üzrə ikinci yarışda daha bir qəza baş verib.

Azvision.az xəbər verir ki, “Trident” komandasının pilotu Qiuliano Alesi idarəetməni itirərək bolidi maneəyə çırpıb. O, komanda yoldaşı Ralf Boşunq kimi yarışı yarımçıq tərk etməli olub.

***
13:25


Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza olub.

Azvision.az xəbər verir ki, yarışın ilk dövrəsində üç bolid toqquşub.

“BWT Arden” komandasının xanım pilotu Tatiana Qalderon, “Trident” komandasının pilotu Ralf Trident və “Carlin” komandasının pilotu Luiz Deletrazın idarə etdiyi bolidlər toqquşub. Hər üç pilot mübarizəni dayandırıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: F1   Formula2   BakuGP   AzerbaijanGP