Xələf Xələfov: “Paşinyanın səfəri ağlabatan deyil”

  10 May 2019    Oxunub : 850
 Xələf Xələfov: “Paşinyanın səfəri ağlabatan deyil”
"Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır".

Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
O, bildirib ki, Paşinyanın işğal altında olan ərazilərimizə səfəri danışıqlar prosesi baxımından destruktiv addımdır.

"Belə səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normaları pozub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsın və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşinyanın səfəri ağlabatan deyil", - XİN rəsmisi qeyd edib.

Azvision.az

Teqlər: Nazir-müavini   Xələf-Xələfov