Sabahın havası - Bölgələrdə leysan olacaq

  12 May 2019    Oxunub : 1774
 Sabahın havası - Bölgələrdə leysan olacaq
Azərbaycanda mayın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17°, gündüz 22-27° isti, Bakıda gecə 15-17°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, axşam mülayim qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Azvision.az

Teqlər: ETSN   Hava   Proqnoz