Azərbaycanda vəkillərin sayı 800-dən 1500-ə qədər artıb

  31 May 2019    Oxunub : 748
 Azərbaycanda vəkillərin sayı 800-dən 1500-ə qədər artıb
“Azərbaycanda vəkillərin sayı elə də çox deyil”
Azvision.az xəbər verir ki, bunu “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” adlı konfransda çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.

Onun sözlərinə görə, son il yarım ərzində vəkillərin sayı 800-dən 1500 nəfərə qədər artıb: “Bu, çox yaxşı haldır. Lakin qanunvericilikdə olan məhdudiyyətlər, xüsusilə də nümayəndəlik institutu ilə bağlı məhdudiyyətlər bəzi kateqoriyalı şəxslərin, Bakıdan kənarda yaşayan şəxslərin məhkəməyə müraciət etmək imkanlarına maneələr yaradıb. Bizdə olan məlumata əsasən, elə rayon var ki, orada 1 vəkil fəaliyyət göstərir”.

G.Kərimov qeyd edib ki, vəkilliyə qəbul qaydalarının və ixtisas suallarının yüngülləşdirilməsinə ehtiyac var.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Vəkil