“Hyundai”la üç maşını əzdi, herionlə tutuldu

“Hyundai”la üç maşını əzdi, herionlə tutuldu
  03 İyun 2019    Oxunub:1590
Cari il mayın 31-də Nəsimi rayonunun M.Cəfərov küçəsində naməlum şəxs idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanan 3 avtomaşına vurub və sonra bu nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk edib.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən avtomobilə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunan N.Əsgərov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti