Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

  05 İyun 2019    Oxunub : 695
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında iyunun 4-də Gəncə dəmiryolu vağzalının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunan E.Məmmədovdan 2 kiloqram 440 qram marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Əzizovdan 415 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa Ağstafa RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradovdan 465 qram marixuana götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik