Qadın öz qohumunun evini qarət edib

  05 İyun 2019    Oxunub : 978
Qadın öz qohumunun evini qarət edib
Zərdab rayonu ərazisindəki evlərin birindən pul, qızıl zinət əşyaları, geyim və məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 810 manat pul, 5500 manat dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin yaxın qohumu olan L.Seyidova saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Oğurluq