Ağcabədidə yanğın olub

  05 İyun 2019    Oxunub : 637
Ağcabədidə yanğın olub
Ağcabədi rayonunun Təzəkənd kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, yaxınlıqda ümumi sahəsi 70 m² olan qamışdan ibarət köməkçi tiklili və 80 m² sahədə qamışlıq yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın