49 yaşlı narkotik alverçisi tutuldu - FOTO

  06 İyun 2019    Oxunub : 781
49 yaşlı narkotik alverçisi tutuldu - FOTO
Qubada narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı İmran Əliyev saxlanılıb.



RPŞ-nin əməkdaşları tərəfindən İ.Əliyevin üzərinə keçirilən şəxsi baxış zamanı onun əlindəki sellofan torbada çəkisi 350 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirib. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik