FHN 3 azyaşlını xilas etdi

FHN 3 azyaşlını xilas etdi
  07 İyun 2019    Oxunub:2089
Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Digər məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıların liftdən çıxmasına kömək ediblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti