Bakı sakini evində qətlə yetirilib

  07 İyun 2019    Oxunub : 981
 Bakı sakini evində qətlə yetirilib
DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 6-da saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlib şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.

Azvision.az

Teqlər: DİN   qətl