7 məhkəmənin adı dəyişdirilir

  07 İyun 2019    Oxunub : 802
 7 məhkəmənin adı dəyişdirilir
Azərbaycanda 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq.
Azvision.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Bunlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir.

Dəyişiklik kommersiya məhkəmələrinin yaradılması ilə əlaqədardır.

Qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılıb.

Qanunun 43, 44, 45 və 45-1-ci maddələrində də müvafiq dəyişiklik edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Məhkəmə   İnzibati