Əmisi oğlu ilə nişanlandı, dayısı oğluna qoşulub qaçdı

  Əmisi oğlu ilə nişanlandı, dayısı oğluna qoşulub qaçdı
  07 İyun 2019    Oxunub:20994
İsmayıllı rayonunun Quşencə kəndində qəribə hadisə baş verib.

Azvision.az -ın əldə etdiyi məlumata görə, bir ilə yaxındır ki, əmisi oğlu ilə nişanlı olan 25 yaşlı qız başqa oğlana qoşularaq qaçıb. Məlum olub ki, onun evlənmək məqsədilə qaçdığı şəxs doğma dayısı oğludur.
Sakinlərin bildirdiyinə görə, həmin qızın bu yaxınlarda əmisi oğlu ilə toyu olacaqdı. Hətta ailələr toy tarixini də müəyyən ediblərmiş.

Şahan Rəhimli
Azvision.az



Teqlər: İsmayıllı   Quşencə  





Xəbər lenti