Göyçayda 167 kq ölü heyvan əti aşkarlanıb - FOTOLAR

Göyçayda 167 kq ölü heyvan əti aşkarlanıb -    FOTOLAR
  07 İyun 2019    Oxunub:3660
Göyçayda diri çəkisi 167 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Azvision.az -a verilən xəbərə görə, daxil olan məlumat əsasında Agentliyin əməkdaşları Göyçay şəhəri, Ə.Məmmədxanlı küçəsi ünvanında Hacıyev Soltan Ağaəli oğlunun avtomobilinə baxış keçiriblər.



Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə başı kəsilən, istehlaka yararsız, diri çəkisi 167 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar olunub.Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilib. Məlum olub ki, aşkarlanan heyvan cəmdəyi insan istehlakı üçün tamamilə yararsızdır.



Agentliyin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Faktla bağlı araşdırma davam etdirilir.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti