6 tona yaxın çətənə məhv edilib

6 tona yaxın çətənə məhv edilib
  07 İyun 2019    Oxunub:1708
Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,2 tona yaxın 3219 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Belə ki, rayonun Xanagah kəndi ərazisində çay kənarında yabanı halda bitmiş ümumi çəkisi 4 tondan artıq olan 3423 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Çətənə  





Xəbər lenti