Keçmiş məhkumlar evdən 4 minlik qızıl oğurladı

  07 İyun 2019    Oxunub : 553
Keçmiş məhkumlar evdən 4 minlik qızıl oğurladı
Tovuz RPŞ-nin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Məmmədov və A.Məmmədov saxlanılıblar.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Oğurluq