Qadını öldürən şəxs intihara cəhd edib

  08 İyun 2019    Oxunub : 671
Qadını öldürən şəxs intihara cəhd edib
İyunun 7-də Səbail rayonunun A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, cəhdin qarşısı alınıb, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib.

K.Mikayılova hadisə yerində ölüb. Araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN   Qətl