Bakıda oğurluq edən qardaşlar saxlanılıb

Bakıda oğurluq edən qardaşlar saxlanılıb
  08 İyun 2019    Oxunub:1534
Bakıda avtomobillərdən akkumulyator oğurlayan qardaşlar saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş S.Məmmədov və qardaşı Z.Məmmədov saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti