Beyləqanda uşaq bağçası yanıb

  09 İyun 2019    Oxunub : 708
 Beyləqanda uşaq bağçası yanıb
Beyləqan rayonunun Qaralılar kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 224 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın